Dünya
Çin bu ölkəyə hücum edəcək? - 47 hərbi təyyarə və 21 gəmi göndərildi
Tayvan adası ətrafında Çinə məxsus 47 hərbi təyyarə və 21 gəmi aşkarlanıb.
Publika.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin sosial media platformasındakı hesabındakı açıqlamada təyyarənin "Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ)" olaraq elan edilən ərazinin cənub-qərb hissəsində olduğu bildirilib.
Açıqlamada adanın ətrafında Çin donanmasına aid 12 döyüş gəmisinin də aşkar edildiyi vurğulanıb.
Nazirlik məlumatda Çin Xalq Azadlıq Ordusunun Tayvan adasının əks sahilindəki Cijiang və Fujien əyalətlərinin şərqindəki hava məkanını bağladığını qeyd edib. Komandanlıqlar sahil mühafizə gəmiləri ilə birlikdə Tayvan boğazı ətrafında olub və Çin gəmilərinin Qərbi Sakit Okeandakı sulara girdiyini təsbit edib.
Ehtimal olunur ki, hərbi fəaliyyət ada ətrafında təlimdən xəbər verə bilər.
Qeyd edək ki, Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.
Aysel Şahmar
-
Elm və təhsil12:14Yerə yaxınlaşır: Sabah bu şəxslər diqqətli olsunlar - Xəbərdarlıq edildi
-
Dünya11:56İsraildən xahiş etdilər: Bu ölkəyə zərbə endirin
-
İdman11:44Messinin həyat yoldaşı gündəmi bu FOTOLARLA "partlatdı"
-
Nida Xəbər 11:35Nazir generalın yerinə onu təyin etdi
-
İqtisadi gündəm11:05ŞAD XƏBƏR: Onlara iki dəfə artıq maaş veriləcək
-
İqtisadi gündəm09:56Qiyməti durmadan artır: Rekord səviyyəyə çatdı
-
Nida Xəbər 09:44Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində oldu - FOTO
-
Ekologiya08:47Alimlərdən sabahla bağlı XƏBƏRDARLIQ



















.jpg)

















