Dünya
Braziliya prezidenti əməliyyat olundu
79 yaşlı Braziliya prezidenti Luiz İnasio Lula da Silva beyin qanaması səbəbindən əməliyyat olunub.
Publika.az xəbər verir ki, ölkənin Sao Paulo şəhərindəki xəstəxanadan verilən açıqlamada beyin qanaması səbəbiylə əməliyyat olunan Lula da Silvanın vəziyyətinin yaxşı olduğu bildirilib.
Açıqlamada əməliyyatın uğurla keçdiyi və 79 yaşlı prezidentin hazırda reanimasiya şöbəsində müşahidə altında olduğu qeyd edilib.
Lula da Silvanın sağalma prosesinin yaxından izlənildiyini bildirən xəstəxana rəhbərliyi yerli vaxtla saat 09:00-da mövzu ilə bağlı mətbuat konfransı təşkil ediləcəyini açıqlayıb.
Lula da Silvanın vəziyyəti ilə bağlı Braziliya Prezident Aparatından hələlik heç bir açıqlama verilməyib.
Bildirilib ki, Lula da Silva oktyabr ayında evdə yıxıldıqdan sonra baş ağrısı şikayətləri ilə xəstəxanaya müraciət etdikdən sonra cərrahiyyə əməliyyatı zəruri hesab edilib.
Hadisədən sonra Braziliya prezidenti BRİKS sammiti üçün Rusiyaya səfərini ləğv edib.
Aysel Şahmar
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı






















.jpg)










.jpg)

.jpg)