Dünya
Tramp andiçmə mərasiminə onu da dəvət etdi: Gedəcək?
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin prezidenti Si Cinpini gələn ilin yanvarında keçiriləcək andiçmə mərasimində iştirak etməyə dəvət edib. Andiçmə mərasiminə digər xarici dövlət rəsmilərinin də dəvəti planlaşdırılır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp noyabrın əvvəlində, seçkidən az sonra Si Cinpini dəvət edib, lakin çinli siyasətçinin dəvəti qəbul edib-etmədiyi bəlli deyil. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü vəziyyəti şərh etməkdən imtina edib.
Si Cinpinlə yanaşı, seçilmiş prezidentin komandası da yanvarın 20-də Kapitolidə digər dünya liderlərini qəbul etməyi düşünür.
Trampın keçid komandasının sözçüsü Kerelayn Livitt "Dünya liderləri prezident Trampla görüşmək üçün sıraya düzülürlər, çünki onun tezliklə hakimiyyətə qayıdacağına və Amerika gücü ilə sülhü bərpa edəcəyinə əmindirlər", - deyə qeyd edib.
Tramp liderlər arasında möhkəm münasibətlərin beynəlxalq sövdələşmələrin imzalanmasının açarı olduğuna inanır. Seçkilərdən sonra dünya liderləri Kanadanın baş naziri Castin Trüdo da daxil olmaqla Trampla görüşmək üçün Mar-a-Laqoya gəlməyə başladılar.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron 2024-cü ilin noyabrında seçkilərdə qələbə qazandıqdan sonra Donald Trampla xaricdə görüşən ilk dünya lideri olub. Parisdə Notr-Dam kilsəsinin açılışında İtaliyanın baş naziri Cordja Meloni və şahzadə Uilyam da iştirak ediblər.
Adəm Abbaslı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto








.jpg)



.jpg)






_(1).jpg)












