Dünya
Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Misirdə üsyandan təlaşlanan və İsraillə masa arxasında oturmağa hazırlaşan Misir prezidenti Sisinin qorxusu gerçəkləşib. Belə ki, insanlar küçələrə çıxaraq etiraz aksiyalarına başlayıblar.
Publika.az xəbər verir ki, ölkədə gərginlik 8-9 dekabr və ondan sonrakı günlərdə Suriyada Əsəd rejimin süqutunu qeyd edən nümayişlərə qadağanın qoyulması ilə başlayıb. Müxalifət qüvvələrinin Dəməşqə daxil olduğu anda Qahirənin müxtəlif yerlərində suriyalı qaçqınlar (təxminən 200 min suriyalı Misirdə qaçqın kimi yaşayır) və onlara dəstək verən Misir vətəndaşları nümayişlər keçiriblər. Aksiyada nəzarətə alınan 30 suriyalı haqqında deportasiya qərarı verilib.
Misir xalqı ölkə administrasiyasının Qəzza hadisələri ilə bağlı sərgilədiyi siyasətdən narazıdır. Qahirədə xalqın rejimə qarşı küçələrə çıxması xəbəri dünyaya əsasən sosial media vasitəsilə çatıb. Rəsmi qaynaqlar isə sosial mediada yayılan xəbərlərin yalan olduğunu və Suriyadakı hadisələri əks etdirmədiyini vurğulayırlar.

Qeyd edək ki, Suriyadakı proseslər Tehran və Tel-Əvivlə yanaşı, Misir və Ərəb Liqasına daxil olan digər ölkələr tərəfindən narahatlıqla izlənilir. Çünki Suriya olaylarının “Ərəb baharı”na yol aça biləcəyi təhlükəsi mövcuddur.
Yerli media mənbələri küçələrə çıxan insanların dözülməz hala gələn iqtisadi çətinlikləri ön planda tutan şüarlar səsləndirdiyini vurğulayır.
Aysel Şahmar
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq

















.jpg)
.jpg)


















