Dünya
Avtobus minik və yük avtomobili ilə toqquşdu: 38 ölü, 13 yaralı
Braziliyada sərnişinləri daşıyan avtobus minik avtomobili və yük maşını ilə toqquşub. Ən azı 38 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə “G1” məlumat yayıb.
Məlumata görə, avtobusun təkəri partlayıb, nəticədə sürücü idarəetməni itirib və yük maşınının qoşqusuna çırpılıb.
Bundan sonra o, yük maşınının arxasından gələn minik avtomobili ilə toqquşub. Daha sonra avtobusda yanğın baş verib. Qəza nəticəsində 38 nəfərin öldüyü, daha 13 nəfərin yaralandığı qeyd edilir.
Qeyd edək ki, avtobus San-Paulu şəhərindən Bahia ştatının Vitoriya de Konkista qəsəbəsinə gedirmiş.
Adəm Abbaslı
-
Ekologiya07:17Bakıya sulu QAR YAĞACAQ - 4 dərəcə şaxta olacaq
-
Magazin206:16Türk məşhurlar qırmızı xalıda… - VİDEO
-
Sağlamlıq05:15Miqrenlə mübarizə aparan MÖCÜZƏVİ QİDALAR
-
Dünya04:14Pakistandan ÜZÜCÜ XƏBƏR - 3 nəfər öldü
-
Sosial03:13Azərbaycanda iki növ balıq bahalaşdı - VİDEO
-
Magazin202:12“Victoria’s Secret”in mələyi jurnalın üz qabığı üçün soyundu - FOTO
-
İKT01:11"ChatGPT" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR - Növbəti həftələrdə başlayır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ideya gəlirə çevrilə bilər






























