A Seriyası: "Yuventus" səfərdən əliboş qayıdır
Bizi izləyin

İdman

A Seriyası: "Yuventus" səfərdən əliboş qayıdır

İtaliya A Seriyasında 21-ci turun matçları oynanılır.

Publika.az xəbər verir ki, "Yuventus" "Kalyari"nin qonağı olub.

Meydan sahibləri adlı-sanlı rəqibi üstələməyi bacarıblar. Qarşılaşmada yeganə qolu "Kalyari"nin mərkəz yarımmüdafiəçisi Luka Matsitelli vurub. Onun 65-ci dəqiqədəki sərrast zərbəsi komandasına üç xal qazandırıb.

Bu nəticədən sonra "Qoca sinyora" 39 xalla turnir cədvəlində 4-cü yeri tutur. Onun rəqibi isə 22 xalla 13-cü pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm