Dünya
Türkcə bu bölgədə “rəsmi istifadədə olan dil” oldu
Kosovonun mərkəzi hissələrində yerləşən Lipyan Bələdiyyəsində türk dili “rəsmi istifadədə olan dil” statusuna daxil edilib.
Publika.az xəbər verir ki, Lipyan Bələdiyyə Şurasında keçirilən iclasda Kosovo Demokratik Türk Partiyasının (KDTP) millət vəkili Enis Kervanın təşəbbüsü ilə türkcənin “rəsmi istifadədə olan dil” statusu alması yekdilliklə qəbul edilib.
Kervan gördüyü işin nəticələrindən razı qaldığını və Lipyan Bələdiyyəsinin Yanova kəndində əsasən türklərin yaşadığını bildirib.
Hazırda türk dili Kosovonun Prizren və Mamuşa bələdiyyələrində “rəsmi dil”, Priştina, Gjilan, Vycitirin, Cənubi Mitrovitsa və Şimali Mitrovitsa bələdiyyələrində isə “rəsmi istifadədə olan dil” statusuna malikdir. Sözügedən status bələdiyyənin məsul sahələrində rəsmi dildən istifadəni tələb etmir.
Kosovoda bu il keçirilən son siyahıyaalmanın nəticələrinə görə, ölkədə cəmi 19 min 419 türk yaşayır, təxminən 50 min insan isə ana dili ilə yanaşı türkcə danışa bilir.
Roza
-
Hadisə02:12İsmayıllıda dəhşətli qəzada ölən və xəsarət alanın kimliyi məlum oldu - YENİLƏNDİ
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO
-
Nida Xəbər 12 Sentyabr 22:24“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
-
İdman12 Sentyabr 22:12Amorim “Yunayted”in əfsanələrini qınadı: Çox danışırdılar, amma…














.jpg)

















