Dünya
Kansler o olarsa, Ukrayna bütün silahlarla təmin olunacaq: Rusiyadan əndişəli ŞƏRH
Fridrix Mersin başçılıq etdiyi müxalifət bloku Almaniyada keçiriləcək seçkilərdə qalib gəlsə, Berlin uzaqmənzilli raketləri və Ukrayna Silahlı Qüvvələri üçün lazım olan bütün silahları Ukraynaya təhvil verəcək.
Publika.az xəbər verir ki, bu barədə Alman Araşdırmaları Mərkəzinin rəhbəri Vladislav Belov "RİA Novosti"yə danışıb.
Ekspert Fridrix Mersin hakimiyyətə gələcəyi təqdirdə Moskva ilə Berlin arasında münasibətlərin korlanmasının qaçılmaz olduğunu qeyd edib.
“Hələlik hakim koalisiyanı kimin quracağı bəlli deyil. Hər halda Mers Kiyevə mümkün qədər çox silah ötürməyə çalışacaq. Ən azı bir il çəkəcək, amma o, məqsədinə çatacaq”, - Belov bildirib.
Onun sözlərinə görə, Şolts başa düşür ki, Moskvanın qeyd etdiyi qırmızı xətləri keçmək olmaz və Almaniya Ukraynaya uzaqmənzilli raketlər ötürsə, Moskvadan “sərt cavab” gələcək. Lakin Mers belə hadisələrdən qorxmur.
Belov onu da qeyd edib ki, Almaniya müxalifətinin lideri ölkəyə rəhbərlik etmək üçün ciddi idarəçilik təcrübəsinə malik deyil. Mers nə Almaniyanın iqtisadi problemlərinin, nə də xarici siyasətinin öhdəsindən gəlməyəcək.
Adəm Abbaslı
-
İKT02:44Maskın süni intellekti hamını soyundurur - Şəkillərinizi silin!
-
Hadisə02:00Azərbaycanda yataqxanada yanğın oldu - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Həqiqətləri gizlətmək mümkün olmayacaq
-
Sosial2 Yanvar 22:42DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq
-
Hadisə2 Yanvar 20:42Şamaxıda PARTLAYIŞ oldu: xəsarət alan var - VİDEO
-
Sosial2 Yanvar 19:37Saxta kredit və kampaniya təklifləri ilə bağlı XƏBƏRDARLIQ
-
Magazin12 Yanvar 18:48Nəsrindən Yeni il fotosessiyası
-
Hadisə2 Yanvar 18:36Bakıda doqquzmərtəbəli binada YANĞIN: Tüstüdən zəhərlənən var














.jpg)












.jpg)






