Dünya
Tramp Baydenin israillilərlə bağlı fərmanını ləğv etdi
ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldiyi ilk gündən çoxlu sayda sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Tramp Bayden administrasiyasının işğal olunmuş İordan çayının qərb sahilində zorakılıq edən israilli məskunlaşmaçılara qarşı sanksiyalar tətbiq etmək qərarını ləğv edib.
Baydenin 2024-cü il fevralın 1-də imzaladığı sərəncamda qeyri-qanuni israilli məskunlaşmaçılar tərəfindən törədilən zorakılığın iki dövlətli həll variantına təhlükə olduğu bildirilirdi.
Həmçinin bunun israillilərin və fələstinlilərin bərabər şərtlərlə təhlükəsizlik, rifah və azadlıqdan istifadə etmələrini təmin etmək də daxil olmaqla, ABŞ-ın xarici siyasət məqsədlərinə xələl gətirdiyi vurğulanırdı.
Qeyd edək ki, Tramp sərəncamları imzalayarkən mətbuat mənsublarının Qəzza ilə bağlı suallarını da cavablandırıb:
“Qəzzada atəşkəsin qorunub saxlanacağına əmin deyiləm. Bu, bizim yox, onların müharibəsidir. Məncə, qarşı tərəf (HƏMAS) çox zəifləyib. Qəzza nəhəng bir dağıntı sahəsidir. Həqiqətən fərqli bir şəkildə yenidən qurulması lazımdır. Orada edilə biləcək bəzi gözəl işlər var, Qəzza ilə bağlı həqiqətən də böyük işlər görülə bilər”.
Roza
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
















.jpg)

.jpg)
















