Avropa
Bricit Makronun qohumunun mağazasını 36 polis qorudu: Fransızlar ələ salır
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun qohumuna məxsus şirniyyat mağazası ölkədəki iğtişaşlar zamanı 36 polis əməkdaşı və altı avtomobillə mühafizə olunub.
Publika.az xəbər verir ki, bu barədə “Kp.ru” məlumat yayıb.
Amyen şəhərində yerləşən mağaza Bricit Makronun qohumu Jan-Batist Troniyə məxsusdur. Fransızlar mağazanı istehza ilə “Fransanın ən yaxşı qorunan obyekti” adlandırıblar. Sosial şəbəkələrdə isə şirniyyatın xüsusi mühafizə altında təsvir olunduğu memlər yayılıb.
Qeyd edək ki, Fransada sentyabrın sonunda başlayan etirazlar əvvəlcə təhsil problemləri, daha sonra yanacağın bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması ilə bağlı narazılıqları əhatə edib. Oktyabrın 18-də Makron hökumətdən iğtişaşların təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib və talanlarda iştirak edənlərin cəzalandırılacağını bildirib.
Müəllif: Adəm
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı
-
Ekologiya07:17Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin206:46Ölən oğlunun evini 6 milyona satır
-
Art05:15Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu - FOTO
-
Magazin104:44Məşhur televiziya ulduzu vannada çılpaq poza verdi - FOTO
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi



































