Britaniyada İran agentləri yenidən ələ keçirildilər
Bizi izləyin

Avropa

Britaniyada İran agentləri yenidən ələ keçirildilər

Britaniyada İran agentləri yenidən ələ keçirildilər

Britaniyanın antiterror polisi ötən ay ABŞ-ın "B-1" bombardmançı təyyarələrinin yerləşdiyi Kral Hərbi Hava Qüvvələrinin Ferford aviabazasındakı insidentlə bağlı istintaq çərçivəsində iki nəfəri yenidən saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniya hüquq-mühafizə orqanları məlumat yayıb.

Polisin məlumatına görə, 24 yaşlı Britaniya vətəndaşı və 25 yaşlı Britaniya-İran ikili vətəndaşı saxlanılıb.

Onlar İran kəşfiyyatına kömək etməkdə şübhəli bilinirlər.

Antiterror polisinin nümayəndəsi Teylor bildirib ki, istintaq davam edir, hüquq-mühafizə orqanları isə İran dövlətinin bu işdə iştirakını son dərəcə mümkün hesab edirlər.

Daha əvvəl baş nazir Bernem də hesab etmişdi ki, ehtimal olunan planın arxasında SEPAH dayanmış ola bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm