Dünya
Mahsuna xəbərdarlıq edildi: “Canını qurtar, İstanbulda yaşama”
Türkiyəli müğənni Mahsun Kırmızıgül qatıldığı televiziya proqramında adını açıqlamadığı məşhur professorun İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı xəbərdarlıqlarını bölüşüb.
Publika.az xəbər verir ki, Kırmızıgül xaricdə tanış olduğu zəlzələ professorunun ona “canını qurtar, İstanbulda yaşama” dediyini bildirib.
O, həmin professorun İstanbulda üç dəfə seminar verdiyini də deyib.
“1999-cu ildə Adapazarı-Gölcük zəlzələsini yaşadıq, ardınca 6 fevral zəlzələsi. Dövlətimiz tədbir görməkdə çox ləngdir. Şəhərsalma planı çox vacibdir. Məsələn, ABŞ-da Kaliforniya bölgəsində beton bina tikə bilməzsiniz. Yalnız beton döşəmə ilə taxta konstruksiyalar tikmək mümkündür. Birinci dərəcəli zəlzələ bölgəsi olduğu üçün insanlar tədbir görüblər. Amma Türkiyədə bu belə deyil. Los-Ancelesdə tanış olduğum professor İstanbulda seminarlar vermişdi. O mənə belə demişdi: “Canını xilas et, İstanbulda yaşama. Mən sizin səlahiyyətlilərə dedim ki, İstanbulda metro tikməyin. İstanbul birinci dərəcəli zəlzələ bölgəsidir. Amma təəssüf ki, heç bir məmur məni dinləmədi”” - M.Kırmızıgül qeyd edib.
Roza
-
Magazin222:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
İdman22:15"Sabah" - "Borussiya" oyununda 3-cü qol - YENİLƏNİR
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi




















.jpg)










