Dünya
Trampdan Hindistana tarixi zərbə: Rupini çökdürdü
ABŞ dollarının Hindistan rupisi qarşısında məzənnəsi fevralın 3-də tarixdə ilk dəfə olaraq bir dollar üçün 87 rupini ötüb.
Publika.az "İnterfaks"a istinadən xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya qarşı idxal rüsumlarının tətbiqindən sonra Asiya valyutaları ucuzlaşıb.
Hazırda Amerika valyutası 87,14 rupiyə satılırsa, cümə günü bu rəqəm 86,7 idi. Bazar ertəsi qeydə alınan maksimum dəyər isə ABŞ dolları üçün 87,23 rupi olub.
Qeyd edək ki, Trampın fevralın 4-də qüvvəyə minəcək yeni tarif sərəncamı fonunda Asiya səhmləri bazar ertəsi günü ucuzlaşmağa başlayıb.
Ekspertlərin fikrincə, bu fonda investorlar kapitalı müdafiə aktivlərinin, o cümlədən dolların xeyrinə yenidən bölüşdürməyə başlayıblar. Onlar həmçinin Hindistanın 2024-cü ilin ikinci maliyyə rübündə (iyul-sentyabr) qeydə alınan ÜDM-in artımındakı yavaşlamadan narahatdırlar.
Adəm
-
İdman19:50
AFFA-nın yeni baş katibi o olacaq – FOTO
-
Ekopublika.az19:00
Trampın rüsumları bazarı çalxaladı: "Bitcoin" bu qiymətə düşdü
-
Rəsmi xronika15:19
Prezidentdən Polad Bülbüloğlu ilə bağlı sərəncam
-
Sosial14:20
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... - ŞOK TƏFƏRRÜAT
-
Region13:20
İrəvan metrosunda insident: Ermənistanı qorxuya salan 5 nəfər əcnəbi sərhəddə saxlanıldı
-
Nida Xəbər 12:59
Milli Məclisdə skandal: Spiker deputata irad bildirdi
-
Dünya12:08
Suriya Türkiyədən kömək istədi: Ərdoğan 50 ədəd "F-16" göndərir
-
Hadisə11:32
DTX və DİN 8 nəfəri belə məhv etdi - VİDEO