İlk dəfə ABŞ sədrlik etməyəcək: İngiltərə rəsmən “Ramştayn”ın iclasını çağırdı
Bizi izləyin

Dünya

İlk dəfə ABŞ sədrlik etməyəcək: İngiltərə rəsmən “Ramştayn”ın iclasını çağırdı

İlk dəfə ABŞ sədrlik etməyəcək: İngiltərə rəsmən “Ramştayn”ın iclasını çağırdı

Yarandığı gündən bəri ilk dəfə olaraq “Ramştayn”ın iclasına ABŞ sədrlik etməyəcək.

Publika.az xəbər verir ki, Böyük Britaniya Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 26-cı iclasını çağırdığını rəsmən təsdiqləyib. İclas fevralın 12-də NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutacaq.

Bu barədə “European Pravda” Böyük Britaniyanın NATO-dakı missiyasının rəsmi bəyanatına istinadən yazıb.

Qrup üzvləri Ukrayna üçün prioritetləri və Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizədə dəstəyini müzakirə etmək üçün NATO müdafiə nazirlərinin görüşündən əvvəl bir araya gələcək.

Bir gün əvvəl media “Ramşteyn” formatının növbəti iclasının fevralın 12-də baş tutacağını, lakin ABŞ-ın əvəzinə Böyük Britaniyanın sədrlik edəcəyini yazmışdı.

ABŞ-ın rəhbərlik etdiyi “Ramşteyn” formatı 2022-ci ilin yazında Rusiyanın Kiyevə hərbi yardımı koordinasiya etmək üçün Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra yaradılıb. Qrup 50-dən çox ölkəni birləşdirir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm