Sosial
Növbəti köç karvanları yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Cəbrayılın Şükürbəyli, Şuşanın Böyük Qaladərəsi, Xocalının Ballıca, Badara və Xanabad, Ağdərənin Çıldıran, Vəngli və Həsənriz kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Publika.az xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə - 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Şükürbəyliyə 7 ailə - 28 nəfər, Böyük Qaladərəsinə 3 ailə - 14 nəfər, Ballıcaya 2 ailə - 7 nəfər, Badaraya 2 ailə - 5 nəfər, Xanabada 2 ailə - 5 nəfər, Həsənrizə 13 ailə - 53 nəfər, Çıldırana 13 ailə - 53 nəfər, Vəngliyə isə 4 ailə - 23 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:31Budanov: "Müharibənin dayandırılması real deyil!"
-
Digər10:13Nepaldakı fəlakət iqtisadiyyatı da vurdu - Bərpaya 5 milyard lazım olacaq
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq


























.jpg)









.jpg)

.jpg)