Dünya
Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu - Xəsarət alanlar var
Yaponiyanın şimal-şərqində 7,2 bal gücündə zəlzələ baş verib, nəticədə ən azı beş nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, zəlzələnin episentri İvate prefekturasının şərqində, Sakit Okeanda yerləşib. Zəlzələnin gücü əvvəlcə 6,9 bal olaraq qiymətləndirilsə də, sonradan Yaponiyanın Baş Meteorologiya İdarəsi zəlzələnin maqnitudasını 7,2-yə yüksəldib.
Məlumata görə, xəsarət alanlar İvate və Aomori prefekturalarının sakinləridir.
Zəlzələ səbəbilə şimal-şərq bölgələrində yüksək sürətli qatarların hərəkəti dayandırılıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilib, lakin bir neçə dəqiqə sonra ləğv edilib. Yerli sakinlərə potensial təkrar təkanlar barədə də xəbərdarlıq edilib.
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı







.jpg)



.jpg)




















