Putinlə Tramp harada görüşəcəklər? - Kremldən açıqlama gəldi
Bizi izləyin

Dünya

Putinlə Tramp harada görüşəcəklər? - Kremldən açıqlama gəldi

Putinlə Tramp harada görüşəcəklər? - Kremldən açıqlama gəldi

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp komandalarına təcili olaraq onların görüşlərini təşkil etmək və yer hazırlamağı tapşırıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Dünən dövlət başçıları telefon danışığı zamanı razılığa gəliblər ki, onlar özləri də əlaqə saxlamağa davam edəcəklər - diqqəti ayrıca görüşə yönəldəcəklər. Bundan əlavə, onlar razılaşdılar ki, müvafiq köməkçilərə dərhal göstəriş veriləcək ki, onlar görüşə hazırlaşmaq üçün müvafiq işə başlasınlar”, - Kreml nümayəndəsi qeyd edib.

Peskov vurğulayıb ki, iki ölkə liderlərinin görüşünün təşkili üzrə iş sürətlə başlayacaq. Eyni zamanda o qeyd edib ki, yeri və vaxtı müəyyən etmək üçün hadisələrin inkişafını gözləmək lazımdır”.

Bundan əvvəl Tramp Səudiyyə Ərəbistanında Putinlə görüşmək niyyətində olduğunu bildirmişdi. Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, o, Rusiya liderinin Ukraynadakı münaqişəyə son qoymaq istəyi barədə böyük inamla danışa bilər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm