Dünya
Pikassonun oğurlanmış əsəri narkotacirin evində tapıldı - FOTO
Fransada polis narkotik alverçilərinə qarşı keçirdiyi reyd zamanı məşhur rəssam Pablo Pikassonun oğurlanmış rəsm əsərini aşkarlayıb.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Paris yaxınlığındakı Şampinyi-sür-Marn şəhərində baş verib.
Məlumata görə, şübhəli narkotik alverçisinin evində aparılan axtarış zamanı Pikassonun ilham mənbəyi və sevgilisi Mari-Terez Valterin portreti tapılıb. Əsərin dəyərinin təxminən 12 milyon avro olduğu bildirilir.
Əməliyyat zamanı həmçinin 20 kiloqram narkotik maddə, 200 min avro dəyərində lüks əşyalar və 7 min avro nağd pul müsadirə edilib.
Polisin məlumatına görə, rəsm əsəri Parisdəki anbarlardan birindən oğurlanıb.
Müəllif: Roza
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu






.jpg)





.webp)























