Rusiya qırıcıları bu Asiya ölkəsinin hava məkanına daxil oldu
Bizi izləyin

Dünya

Rusiya qırıcıları bu Asiya ölkəsinin hava məkanına daxil oldu

Rusiya qırıcıları bu Asiya ölkəsinin hava məkanına daxil oldu

Rusiya döyüş təyyarələri Cənubi Koreyanın hava məkanına daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı açıqlama yayıb.

Bildirilib ki, çox sayda Rusiya təyyarələri Seul tərəfindən birtərəfli qaydada müəyyən edilmiş hava hücumundan müdafiə sisteminin (HHM) identifikasiyası zonasına daxil olub.

Təyyarələrin bölgəyə girmədən bir müddət əvvəl aşkar edildiyi və Cənubi Koreyanın öz döyüş təyyarələrini havaya buraxdığı qeyd olunub.

Daha sonra Rusiya təyyarələri şərq və şimal bölgələrindən bölgəni tərk edib.

Sözügedən pozuntunun təlim zamanı baş verdiyi və Rusiya döyüş təyyarələrinin Cənubi Koreya hava məkanına daxil olmadığı vurğulanıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm