Dünya
“Eurovision-2012“: Lorin Rıbakın rekorduna bu qədər yaxın idi...
57 yaşlı “Eurovision” Mahnı Müsabiqəsində bu günə kimi qalib ölkələr çox olub. Onlar arasında bir neçə dəfə qalibiyyət hissini yaşayanlar olub. Bakı səhnəsində “Eurovision” qalibi elan olunan Lorin də öz ölkəsinə sayca 5-ci qələbə sevincini yaşatdı. Qeyri-adiliyi, möhtəşəmliyi ilə seçilən 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin qalib ölkəsi İsveç yarışmada 53 dəfə iştirak edib.
Publika.Az-ın məlumatına görə, bu müddət ərzində İsveç “Eurovision”
Mahnı Müsabiqəsində 5 dəfə – 1974, 1984, 1991, 1999, 2012-ci
illərdə qələbə qazanıb.
53 illik təcrübəsində bir dəfə müsabiqənin ikincisi (1966), 5 dəfə
(1983, 1985, 1995, 1996, 2011) üçüncüsü olub. İsveç yarışmada
iştirak etdiyi 53 ildə 2 dəfə - 1963 və 1977-ci illərdə ən aşağı
göstərici göstərib. 2012-ci ildə Bakıda qalib gələn Mərakeş əsilli
Lorin (Loreen) 18 ölkədən 12 səs alaraq müsabiqənin 12 bal üzrə
rekordunu qırıb. 2009-cu ildə ən çox səs qazanan Norveç təmsilçisi
Aleksandr Rıbakın rekordu isə üstələnməyib. Xatırladaq ki, Lorin
372, Aleksandr Rıbak isə 387 səslə “Eurovision” Mahnı Müsabiqəsinin
birincisi olub. İsveçin sonuncu qalibiyyəti ilə builki qələbəsi
arasında nə az, nə çox - 13 il fasilə olub. 1999-cu ilin mayın
29-da Şarlotta Nilsson adlı müğənni İsraildə keçirilən “Eurovision”
Mahnı Müsabiqəsində “Take Me To Your Heaven” mahnısını ifa edərək
ölkəsinə “Eurovision” qalibiyyəti gətirdi. 13 ildən sonra isə bunu
“Odlar Yurdu”nun paytaxtı Bakıda Lorin etdi.
Familoğlu
Publika.Az
-
Magazin206:16İntihar etdiyi deyilən məşhur aparıcı öldürülübmüş - ŞOK İDDİA
-
Avropa05:45Orta əsrə aid qala qülləsi uçdu
-
Magazin204:1444 yaşlı aktrisa qara mini donda göz qamaşdırdı - Foto
-
Qoroskop01:41Bu bürclər xoşbəxtlik gətirir - onların yaxınlığında şanslı bir zolaq başlayır
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
































