Paris sammitinin nəticələri: Zelenski Avropaya bel bağlamamalıdır
Bizi izləyin

Dünya

Paris sammitinin nəticələri: Zelenski Avropaya bel bağlamamalıdır

Paris sammitinin nəticələri: Zelenski Avropaya bel bağlamamalıdır

“Fransada Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə həsr olunmuş sammit göstərdi ki, Vladimir Zelenski Avropanın dəstəyinə çox da bel bağlamamalıdır”.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” nəşri yazıb.

Bildirilib ki, Zelenskinin Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi Avropa ölkələrindən və digər Qərb dövlətlərindən yardım almaq şansı artıq sual altındadır.

Fransa prezidenti Emmanuel Makronun yaratdığı koalisiyanın öhdəlik götürmək istəməyənlərin ittifaqı olduğu bəyan edilib. Vurğulanıb ki, Parisdə keçirilən sammit Ukraynadakı münaqişəyə son qoymaq məsələsində avropalılar arasında birliyin olmadığını açıq şəkildə nümayiş etdirib.

Qeyd edək ki, cümə axşamı Parisdə keçirilən sammitdə 28 ölkənin liderləri, Avropa İttifaqının nümayəndələri, Avropa Şurasının, Avropa Komissiyasının rəhbərləri və NATO-nun baş katibi iştirak edib. Onlar Ukrayna üçün təhlükəsizlik təminatlarını, o cümlədən ora sülhməramlı qüvvələrin göndərilməsi imkanlarını müzakirə ediblər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm