Dünya
İmamoğlu ilə bağlı Aİ-dən açıqlama: Diqqət çəkən Türkiyə qərarı
Avropa İttifaqı (Aİ) İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri Əkrəm İmamoğlunun həbsinə görə Türkiyə ilə əməkdaşlığı yenidən qiymətləndirəcək.
Publika.az xəbər verir ki, bu barədə Aİ sözçüsü Markus Lammert açıqlama verib.
"Son narahatedici hadisələrə görə, Türkiyə ilə əlaqələrimizi diqqətlə yenidən ölçməliyik. Türkiyə bizim üçün strateji tərəfdaş olduğundan, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün əlaqələri açıq saxlayacağıq",- deyə o bildirib.
Brüsseldə jurnalistlərin suallarını cavablandıran Lammert "Hüququn aliliyi ilə bağlı problemləri və narahatlıqları gündəmə gətirməyə davam edəcəyik. Biz Türkiyənin Avropa dəyərlərinə bağlı olmasını istəyirik" deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın vergilər və Ukrayna məsələsinə görə Avropaya bir növ müharibə elan etməsi Aİ-də böyük şok yaradıb. Yenidən silahlanma üçün böyük büdcələr yaratmağa başlayan Aİ NATO-nun ikinci ən böyük ordusuna sahib Türkiyə ilə münasibətlərini bərpa etməyə çalışır.
Ekspertlər isə xüsusilə təhlükəsizlik məsələlərində Aİ-nin Türkiyə ilə münasibətlərinə xələl gətirəcək addımlardan uzaq durmağa çalışdığını bildirirlər.
Roza
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO
-
Sağlamlıq01:41Saqqızı udduqda nə baş verir? - “Mədədə illərlə...”










.jpg)


.jpg)














.png)




