Dünya
Məşhur iş adamı Balidə itkin düşdü - FOTO
Bali adasında təkbaşına qayıqla okeana çıxan rusiyalı iş adamı Sergey Eliseyev itkin düşüb.
Publika.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, qayığı dayanıb və o, özünü xilas etmək üçün sahilə üzməyə məcbur olub.
36 yaşlı Kaluqadan olan sahibkar, pəhriz gidası sayılan “granola” istehsal edən şirkətin təsisçisidir.
“Sergey bir qrup dostla adaya gəlib. O, ötən gecə mənzərəli balıqçılıq sahili olan Amed bölgəsində itkin düşüb. Sonuncu dəfə yerli vaxtla 21:30-da əlaqə saxlanılıb. Sergey videozəngdən ayrılıb, dostları səhərə qədər onun qayıtmasını gözləyib. Səhər balıqçı qayığı tapıb və sahilə çıxarıb. Qayığın içində qohumları Sergeyin bütün əşyalarını tapıblar: iki telefon, noutbuk və çıxarkən geyindiyi şort.
Dostların sözlərinə görə, qayıq dayanıb və onu axın aparıb, ona görə də Sergey əşyalarını atıb üzmək məcburiyyətində qalıb.
Polis və könüllülər Eliseyevi axtarışına çıxıb.
“Mash” teelqram kanalının yaydığı məlumata görə əvvəllər Sergey qeyri-qanuni narkotiklərlə məşğul olub və tez-tez səyahət etmək üçün bir qayıqla okeana tək çıxıb. (OLAY)
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”





























