Dünya
Qəribə dəvətnaməyə görə polis toyu LƏĞV ETDİRDİ - FOTO
Çində bir kişi və iki qadının səbəbkarı olacağı qəribə toy ictimaiyyətin geniş reaksiyasına və polisin müdaxiləsinə səbəb olduqdan sonra ləğv edilib.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Cənub-qərbi Quizhou əyalətindəki Bijie şəhərində, ağ gəlinlik geyinmiş iki qadının yanında qara kostyumlu bir kişini əks olunduğu dəvətnamə tez bir zamanda sosial mediada viral olub.
Bəyin adının iki gəlininin adları ilə birlikdə yazıldığı dəvətnaməyə əsasən, toy aprelin 19-da günortadan sonra şəhərin yüksək səviyyəli restoranı olan "Century Jiayuan Banket Centre"də baş tutmalı idi.
"Bu oğlana çox kişi həsəd aparmalıdır. O, necə də şanslıdır!", - bir yerli sosial media istifadəçisi istehza ilə yazıb.
Digəri əlavə edib: "Üç nəfərin toyu? Doğrudurmu? Onların dedi-qodularını səbirsizliklə gözləyirəm".
Məsələ ilə tanış olduğunu iddia edən şəxs gəlinlərdən birinin keçmiş həyat yoldaşı, digərinin isə indiki sevgilisi olduğunu bildirib.
"Bu üçtərəfli toy hər üç ailənin razılığına malikdir", - sosial media istifadəçilərindən biri qeyd edib.
Polisin müdaxiləsindən sonra toy ləğv edilib. Ziyafət zalının sahibi qeyd edib ki, sifariş edilən zaman administrasiya tədbirin qeyri-adi formatından xəbərsiz olub və sonradan qanuna riayət edilmədiyini əsas gətirərək müqaviləyə xitam verib.
Hüquqşünaslar qeyd ediblər ki, bu cür zarafatları ictimai asayişin pozulması kimi təsnif etmək olar.
Qeyd edək ki, Çində ikiarvadlılıq qanunla qadağandır.
Hüseyn İbadlı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı










.jpg)






.jpg)


















