ABŞ Pakistan və Hindistana çağırış etdi
Bizi izləyin

Dünya

ABŞ Pakistan və Hindistana çağırış etdi

ABŞ Pakistan və Hindistana çağırış etdi

ABŞ dövlət katibi Marko Rubio ilə Pakistanın baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus yazılı açıqlama verib.

Bildirilib ki, Marko Rubio danışıq zamanı Pakistanı və Hindistanı əməkdaşlığa çağırıb. Rubio Şəriflə söhbətində aprelin 22-də Pahalqamda törədilən terror aktının pislənməli olduğunu vurğulayıb.

Hindistanlı həmkarı ilə söhbətində isə Rubio Pahalqamdakı terror hücumunda insan itkisinə görə kədərləndiyini bəyan edib. O, ABŞ-ın Hindistanla terrorla mübarizə sahəsində əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.

Həmçinin qeyd olunub ki, ABŞ həm Pakistan, həm də Hindistanı Cənubi Asiyada gərginliyi azaltmağa, sülh və təhlükəsizliyi təmin etməyə və iki ölkə arasında birbaşa əlaqəni bərpa etməyə təşviq edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm