Dünya
Rubio pakistanlı generalla danışdı: ABŞ kömək edəcək, savaşı dayandırın!
ABŞ dövlət katibi Marko Rubio və Pakistan ordusunun baş qərargah rəisi general Seyid Asim Munir arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.
Bildirilib ki, Rubio danışıq zamanı hər iki ölkəni gərginliyi azaltmağa çağırıb. O, həmçinin gələcəkdə yeni münaqişələrin qarşısını almaq üçün Pakistan və Hindistan arasında konstruktiv danışıqlara başlamaqda ABŞ-ın köməyini vurğulayıb.
Pakistan mətbuatına görə isə, danışıq zamanı Munir Hindistanın hücumlarını dayandırmayacağı təqdirdə İslamabadın "daha sərt cavablar verəcəyi" mesajını verib.
Qeyd edək ki, Pakistan ordusu Hindistanın bu gün səhər saatlarında paytaxt İslamabad yaxınlığındakı Ravalpindidəki Nur Xan da daxil olmaqla üç ayrı hava limanına raket hücumu təşkil etdiyini bildirib.
Ordu açıqlamasında Pakistanın bu hücumlara cavab verdiyini və Hindistandakı 4 hava limanının hədəf alındığını qeyd edib.
Roza
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...




































