Vəfa Quluzadə Lavrovu yaman asıb-kəsdi
Bizi izləyin

Dünya

Vəfa Quluzadə Lavrovu yaman asıb-kəsdi

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən müsbət heç nə gözləmək olmaz".


Bunu politoloq Vəfa Quluzadə Lavrovun Azərbaycana gözlənilən səfərini Publika.Az-a şərh edərkən bildirib.

"Mən bu səfərdən heç nə gözləmirəm. Çünki Lavrov və onun dövləti Ermənistanı regionun ən güclü dövləti etmək və Azərbaycanın Dağlıq Qarabağdan başqa qalan torpaqlarını da ona birləşdirmək siyasəti güdür. Tək bu yeddi rayonu yox, qalanını da dağıdıb Ermənistana calaşdırmağa çalışır. Rusiyanın Azərbaycana qarşı siyasəti düşmənçilik siyasətidir və Lavrov da bu siyasəti təmsil edir. O Bakıya gəlir ki, Azərbaycana müxtəlif təzyiqlər etsin. Bəli, bu tam gözləniləndir".

O hesab edir ki, Bakıdan əvvəl İrəvana səfər etməsində Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dönüşün olacağı ehtimalı ola bilməz.

Vəfa Quluzadə vurğulayıb ki, Rusiya mətbuatında Laçın, Kəlbəcər və Dağlıq Qarabağın Ermənistana verilməsi, 5 rayonun qaytarılması ehtimalı barədə məlumat yayılıb və bu məsələnin Rusiya tərəfindən qaldırılması mümkündür:

"Hesab edirəm ki, Lavrov bənzər bir təkliflə çıxış edəcək. Bu cür təklif bizə məqbul olacaqmı, biz belə bir sülhə gedə biləcəyikmi? "

O qeyd edib ki, Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi barədə müqavilənin uzadılması da baş tuta bilər:

"Niyə baş tutmasın? Rusiya kimi bir dövlətin əlində bu çətin bir iş olmayacaq. İndiyə kimi 7 milyon verirdi, indi 17 milyon verəcək. Qurtardı, getdi".

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm