İran həyəcan təbili çaldı: Nüvə rejimi sarsılıb, dünya narahatdır
Bizi izləyin

Dünya

İran həyəcan təbili çaldı: Nüvə rejimi sarsılıb, dünya narahatdır

İran həyəcan təbili çaldı: Nüvə rejimi sarsılıb, dünya narahatdır

ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) buna münasibət bildirməməsi nüvə silahlarının yayılmaması üzrə beynəlxalq rejimi zəiflədib.

Publika.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti”yə açıqlamasında deyib.

Diplomat bildirib ki, MAQATE-nin bu hadisəni birbaşa pisləməməsi İranı və beynəlxalq ictimaiyyəti narahat edir.

“ABŞ və İsrail nüvə dövlətləri olaraq nüvə silahına malik olmayan ölkənin beynəlxalq təminatlar altında olan obyektlərinə zərbələr endirib”, - deyə Cəlali vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İran Milli Təhlükəsizlik Şurası ABŞ-ı dünyada nüvə qeyri-sabitliyinin yaranmasına səbəb olmaqda ittiham edib.

Xatırladaq ki, İranın Məkkə razılaşmasına qoşulması ilə bağlı da rəsmi təklif aldığı bildirilmişdi. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan bu sazişin əsas məqsədi kollektiv çəkindirmə imkanlarını gücləndirməkdir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm