İdman
Qiymətini endirdi: Pol Poqba evini satır
Fransalı futbolçu Pol Poqba daşınmaz əmlakın qiymətini təxminən 520 min avro endirmək qərarından sonra İngiltərənin şimal-qərbində yerləşən Çeşirdəki dəbdəbəli malikanəsinə alıcı axtarmağa davam edir.
Publika.az xəbər verir ki, keçmiş “Mançester Yunayted” futbolçusu bununla yanaşı, futbol karyerasını yenidən canlandıracağı yeni klub da axtarır.
“Daily Mail” qəzetinin məlumatına görə, Poqba bölgənin ən seçilən evlərindən birinə çevrilən dəbdəbəli imkanlarına baxmayaraq uzun müddətdir satılmayan malikanənin qiymətini 4,56 milyon avrodan təxminən 4,04 milyon avroya endirib.
Poqba daşınmaz əmlakı 2017-ci ildə satın alıb. Təxminən 690 kvadratmetr sahəsi olan malikanədə 5 yataq otağı, kinoteatr, ən müasir texnologiyalarla təchiz edilmiş idman zalı və müalicə otağı yerləşir. Bundan başqa, futbolçunun sevimli məşğuliyyəti ilə məşğul olması üçün xüsusi olaraq inşa edilmiş qapalı futbol meydançası da var.
Lakin malikanənin dəbdəbəsinə baxmayaraq, bu ev Poqba üçün onun təqdim etdiyi rahatlıqla əlaqəsi olmayan acı xatirə də daşıyır. Belə ki, 2022-ci ildə futbolçu “Mançester Yunayted”in heyətində Çempionlar Liqasında “Atletiko Madrid”ə qarşı oyunda iştirak etmək üçün Madriddə olduğu zaman onun evi qarət edilmişdi.
Hadisə baş verərkən Poqbanın uşaqları evdə yatırdılar. Bu vəziyyət fransalı futbolçunun hadisəni ailəsinin yaşadığı “ən pis kabus” adlandırmasına səbəb olmuşdu. Aradan illər keçməsinə baxmayaraq, həmin gecə malikanə ilə bağlı ən ağrılı xatirələrdən biri olaraq qalır.
Evin satışa çıxarılması Poqbanın həyatında yeni səhifə açmağa çalışdığı dövrə təsadüf edir. “Monako” ilə macərası erkən başa çatan futbolçunun karyerasını yenidən canlandırmaq cəhdləri fonunda ABŞ Futbol Liqasından bir sıra klubların onunla müqavilə imzalamaqda maraqlı olduğu barədə xəbərlər yayılıb.
-
İdman21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?















.jpg)



















