Dünya
"Bitcoin" son bir ayın zirvəsində: Rekorda bir addım qaldı
Geosiyasi gərginliyin azalması kriptovalyuta bazarlarında canlanma yaradıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında sabahkı görüş, eləcə də Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi investorların risk iştahını artırıb.
Belə ki, "Bitcoin"in qiyməti dörd həftənin ən yüksək həddi olan 122 308 dollara yüksəlib, hazırda isə 121 597 dollar səviyyəsindədir. Bu, iyulun ortalarında qeydə alınan 123 500 dollarlıq rekord göstəriciyə yaxınlaşıldığını göstərir.
Digər əsas kriptovalyutalar da bu gün qazanc əldə edib. Ethereum 4346 dollara çatıb, hazırda isə 1,36 faiz artımla 4277,93 dollar səviyyəsindədir.
Analitiklər institusional qəbulun artmasının bazarda nikbinliyi gücləndirdiyini bildirirlər.
Roza
-
Sosial14:46Onlayn media üçün müsabiqə elan edildi
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü





























.png)


.jpg)



