Dünya
Hakan Fidandan sərt xəbərdarlıq: Türkiyə buna sakit qalmayacaq
Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani, Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra və kəşfiyyat direktoru Hüseyn əl-Salamanı qəbul edib.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hakan Fidan birgə mətbuat konfransındakı çıxışında diqqət çəkən məqamlara toxunub.
Onun sözlərinə görə, Suriyada baş verən müsbət proseslərdən narahat olanlar var və onlar hazırki prosesi neqativə çevirməyə çalışırlar:
"Suriyadakı hadisələrin dinamikası ilə bağlı tez-tez görüşürük. Bundan narahat olan aktorlar prosesi neqativləşdirməyə cəhd edirlər. YPG planı korlayır, sistemə inteqrasiya etmir, müsbət atmosferi pozur. Biz problemləri sülh yolu ilə həll etmək istəyirik. Bu cür yanaşmalara dözmək olmaz. İnsanların təhlükəsizliyinin təmin edilməsi, ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmaması ən yüksək prioritetdir. İsrail Süveyda hadisələrindən doğan qaranlıq mənzərənin ən böyük aktorlarından birinə çevrildi”.
Nazir qeyd edib ki, Türkiyənin məqsədi regionda üstünlük əldə etmək yox, sülh və sabitliyin bərpasına töhfə verməkdir. Lakin təhlükəsizliklə bağlı narahatlıq yarananda Türkiyə buna sakit qalmayacaq:
“Sülhə qarşı gələnlərə xəbərdarlıq edirəm ki, durduğunuz yer düzgün yer deyil. YPG də Türkiyə və bölgə üçün təhlükə yaratmağa dərhal son qoymalıdırlar. Türkiyənin təhlükəsizlik tələbləri yerinə yetirilmədiyi halda, Suriyada arxayın qalmaq şansımız yoxdur”.
Roza
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi








.jpg)


.webp)










.jpg)





.jpg)




