Dünya
Atası körpəni canlı efirdə öldürüb, sonra İNTİHAR ETDİ
Tailandın Phuket adasında dəhşətli faciə baş verib.
Publika.az xəbər verir ki, gənc ata canlı yayımda 11 aylıq qızının həyatına son qoyub, sonra intihar edib.
Dəhşətli cinayət kişi ilə arvadı arasında yaranan mübahisədən sonra tərk edilmiş oteldə baş verib.
Hadisə ilə bağlı şok görüntülər silinməzdən əvvəl demək olar ki, bir gün ərzində ictimaiyyətə açıq olub. Kadrlarda onun öz uşağına qarşı cinayət törətdiyi əks olunur.
Qızın anası, 21 yaşlı Çiranut Trairat, platformanı və ya videonu yayan insanları günahlandırmadığını söyləyib. Qadın ərinin zorakılıq tarixinin olduğunu və əvvəllər həbs cəzası çəkdiyini deyib.
Tayland polisi ölkədə ilk dəfə canlı yayımlanan qətl hadisəsi olduğunu təsdiqləyib. Video qısa müddət ərzində digər onlayn platformalarda da yayılıb, lakin tez bir zamanda silinib.
Sosial şəbəkə ailəsinə başsağlığı verib və belə məzmunun yayılmasına imkan verməyəcəklərini əmin edib. Bu hadisədən sonra şirkət canlı yayımlara nəzarəti gücləndirəcəyini vəd edib.
Taylandda zorakılıq nümayiş etdirmək üçün canlı televiziyadan ilk dəfə istifadə edilmir. Bir neçə il əvvəl silahlı şəxslə polis arasında 6 saat davam edən qarşıdurma onun ölümü ilə başa çatıb. Həmin hadisə də canlı yayımlanıb.
Hüseyn İbadlı
-
Ekologiya22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:36Aila avto qəzadan sonra ilk layihəsini təqdim etdi - VİDEO
-
Sosial20:24“İlham baba mənə “KamAZ” göndərdi” - VİDEO
-
Elm və təhsil20:12İngilis dili müəllimi qüsursuz nitqi ilə diqqət çəkdi - VİDEO
-
Sosial19:36Nazim İsayevə yeni vəzifə verildi
-
Magazin219:12Məşhur rejissor insult keçirdi - FOTO































