Yaxın Şərq
Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
Pakistan hərbi kontingenti Səudiyyə Ərəbistanında Kral Əbdüləziz Hərbi Hava Bazası ərazisində yerləşib.
Publika.az xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin bugünkü bəyanatında əks olunub.
Bu addım iki ölkə arasında imzalanmış strateji müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilib.
Bildirilib ki, Pakistan kontingenti Hərbi Hava Qüvvələrinə məxsus döyüş və dəstək təyyarələrindən ibarətdir. Dislokasiyanın məqsədi birgə hərbi koordinasiyanı gücləndirmək, silahlı qüvvələr arasında operativ hazırlıq səviyyəsini artırmaq, həmçinin regional, beynəlxalq səviyyədə təhlükəsizlik və sabitliyə töhfə verməkdir.
Xatırladaq ki, Riyad şəhərində 2025-ci il sentyabrın 17-də Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd bin Salman və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif tərəfindən imzalanan strateji saziş müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflərdən birinə qarşı hər hansı xarici silahlı hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndirilir.
Birgə bəyanatda qeyd olunub ki, saziş müdafiə sahəsində əməkdaşlığın inkişafını, qarşılıqlı çəkindirmə imkanlarının gücləndirilməsini nəzərdə tutur və hər iki ölkənin təhlükəsizliyinin təmininə xidmət edir.
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı



































