Əfsanə qəti qərar verdi - Karyerasını bitirir
Bizi izləyin

İdman

Əfsanə qəti qərar verdi - Karyerasını bitirir

“Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi, hazırda “İnter Mayami”də çıxış edən Serxio Buskets karyerasını bitirmək qərarına gəlib.

Publika.az əbər verir ki, bu barədə “Cope” məlumat yayıb.

İspan futbolçu MLS mövsümünün sonunda, noyabr və ya dekabrda təqaüdə çıxacaq. Hər şey komandanın pley-offda nə qədər irəliləyəcəyindən asılı olacaq. O, artıq son qərarını verib.

Qeyd edilir ki, Serxio “Barselona”ya qayıda bilər, lakin hansı statusda olacağı bilinmir.

Hazırda 37 yaşı olan Buskets karyerası ilə bağlı qərarını sosial şəbəkədəki video vasitəsilə açıqlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm