Dünya
Bu ölkənin prezidenti Trampa məktub göndərdi: Görün nə tələb edir

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampa birbaşa dialoq üçün məktub göndərib.
Publika.az xəbər verir ki, Venesuela hökumətinin açıqlamasına görə, Maduro sentyabrın 6-da yazdığı məktubda ölkəsinə qarşı irəli sürülən “mafiya və narkotik” ittihamlarının əsassız olduğunu bildirib.
O vurğulayıb ki, Venesuela narkotik istehsalından tamamilə təmizlənmiş ölkədir:
“BMT-nin məlumatlarına əsasən, Kolumbiyadan çıxan narkotiklərin cəmi 5 faizi Venesuela ərazisindən keçir. Bu il Kolumbiya ilə 2200 kilometrlik sərhədi keçməyə cəhd edən həmin kiçik hissənin 70 faizindən çoxu zərərsizləşdirilib. Venesuela ordusu narkotik ticarəti ilə əlaqəli 402 təyyarəni məhv edib. Bu faktlar ölkəmizin beynəlxalq narkotik ticarəti ilə mübarizədə qüsursuz rekordunu təsdiqləyir”, - deyə Maduro məktubunda qeyd edib.
Donald Tramp isə hələlik Venesuelanın ABŞ-la danışıqlar təşəbbüsünə cavab verməyib. Məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran Tramp yalnız belə deyib: “Danışmaq istəmirəm. Venesuelada nə baş verəcəyini görəcəyik”.
Roza

-
İqtisadi gündəm11:27
2600 manat müavinət kimlərə ödəniləcək?
-
Dünya09:54
İngiltərədən Rusiya və Çinə gözlənilməz hədiyyə: Sensasion hesabat
-
Sosial09:36
Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən....
-
Rəsmi xronika09:27
İlham Əliyev forum iştirakçılarına müraciət etdi
-
Dünya09:18
Həsən Mutludan İmamoğlu haqqında şok etiraf: Görün necə bir şəbəkə qurubmuş
-
Hadisə08:48
Bakıda yaşayış binasında yanğın baş verdi - VİDEO/YENİLƏNDİ
-
Dünya08:36
İki Koreya niyə birləşmir? - KXDR lideri səbəbini AÇIQLADI
-
Region08:00
Türkiyədə 21 yaşlı qızın bədənindən 287 daş çıxarıldı - FOTO