ABŞ İran diplomatlarına qadağa qoydu: Bunu edə bilməyəcəklər
Bizi izləyin

Dünya

ABŞ İran diplomatlarına qadağa qoydu: Bunu edə bilməyəcəklər

BMT Baş Assambleyasının 80-ci sessiyası üçün Nyu-Yorkda olan iranlı diplomatların topdansatış mağazalarında alış-verişinə və dəbdəbəli mallar almasına qadağa qoyulub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott açıqlama verib.

Onun sözlərinə görə, iranlı rəsmilərin hərəkət dairəsi yalnız BMT Baş Assambleyasında rəsmi tapşırıqlarını yerinə yetirmək üçün BMT qərargahına gedib-gəlmələri ilə məhdudlaşdırılacaq.

Piqott qeyd edib ki, İran xalqı əziyyət çəkdiyi bir vaxtda iranlı rəsmilərə Nyu-Yorkda alış-veriş etməyə icazə verilməyəcək.

“CNN”in məlumatına görə, İran rəsmilərindən min dollardan yuxarı saatlar, dəri və ipək paltarlar, xəzlər, zinət əşyaları, ətirlər, elektron cihazlar, spirtli içkilər və 60 min dollardan yuxarı avtomobillər üçün əvvəlcədən icazə alması tələb olunur.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm