Rusiya səfirliyi Bolqarıstan XİN-ə nota göndərdi
Bizi izləyin

Dünya

Rusiya səfirliyi Bolqarıstan XİN-ə nota göndərdi

Rusiya səfirliyi Bolqarıstan Xarici İşlər Nazirliyinə Rusiya vətəndaşı İqor Qreçuşkinin saxlanılması ilə bağlı məlumat tələb edən rəsmi nota göndərib.

Publika.az xəbər verir ki, "RİA Novosti" bu barədə Rusiya diplomatik missiyasına istinadən məlumat yayıb.

Səfirlik Rusiya vətəndaşının saxlanma şəraiti və hüquqi statusunun aydınlaşdırılması üçün Bolqarıstan Xarici İşlər Nazirliyinə sorğu göndərildiyini, lakin qarşı tərəfdən heç bir cavab alınmadığını qeyd edib.

Səfirlik əlavə tədbirlər görmək və Qreçuşkinin maraqlarını qorumaq üçün rəsmi cavab gözləyir. Əlavə edilib ki, Rusiya vətəndaşının özü yardım istəməyib.

Qeyd edək ki, İqor Qreçuşkin sentyabrın 16-da Bolqarıstanda saxlanılıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm