Rusiyalı turisti Çinə buraxmadılar: Şok Türkiyə faktı
Bizi izləyin

Dünya

Rusiyalı turisti Çinə buraxmadılar: Şok Türkiyə faktı

Çində istirahət etməyi planlaşdıran rusiyalı turistin pasportunda cüzi səhv olduğu üçün sərhədi keçmək qadağan edilib.

Publika.az xəbər verir ki, səyyahın sosial şəbəkədə xəbər verdiyi hadisə ixtisaslaşdırılmış “TourDom” nəşrinin diqqətini çəkib.

Məlum olub ki, ölkəyə girişin rədd edilməsi Rusiya vətəndaşının səyahət sənədində Türkiyəyə səfərini göstərən möhürlərə əsaslanır. Çin sərhəd xidmətləri Türkiyədə ümumi qalma müddəti 28 günü keçən əcnəbilərin ölkəyə girişinə ümumiyyətlə icazə vermir. Baxmayaraq ki, bu halda Rusiya vətəndaşı Türkiyəyə cəmi üç dəfə qısamüddətli səfər etmişdi, amma ona ölkəyə giriş qadağan edilib.

Oda bildirilir ki, turistin Türkiyəyə səfərlərinin faktiki müddətinə şübhə edilməsinə səbəb olan türk möhürlərinin pis oxunması da ola bilər.

Xatırladaq ki, Pekin 2025-ci il sentyabrın 15-dən ruslar üçün vizasız rejim tətbiq edib. Onlar indi Çində biznes, turizm və ya ailə və dostlarını ziyarət etmək üçün 30 günə qədər qala bilərlər. Vizasız giriş üçün sınaq müddəti bir ildir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm