Dünya
Makronun həyat yoldaşı mütləq müayinədən keçməlidir: Həqiqət üzə çıxacaq

ABŞ-da tanınmış siyasi fəal Kendeys Ouens Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bağlı yenidən qalmaqallı iddia ilə çıxış edib.
Publika.az xəbər verir ki, Bricitin kişi olaraq dünyaya gəldiyini iddia edən Ouens onun həkim tərəfindən tibbi müayinədən keçməsini tələb edəcəyini bildirib.
“Müstəqil həkim həqiqəti üzə çıxaracaq. Bura Fransa deyil, ABŞ-dır və burada məhkəmə sistemi manipulyasiya edilə bilməz”, - deyə fəal vurğulayıb.
Xatırladaq ki, Kendeys Ouens 2024-cü ildən etibarən "YouTube" videolarında və podkastlarında Bricit Makronun cinsi kimliyi ilə bağlı məlumatlar yaymağa başlayıb. Makron cütlüyü isə Ouensə qarşı məhkəmə iddiası qaldırıb. Hətta Bricit Makron böhtan adlandırdığı iddiaya görə, elmi və foto sübutlar təqdim edəcəyini bəyan edib.
Roza

-
Sosial15:20
Onlara yeni vəzifə verildi
-
İdman14:00
"Neftçi" ulduz futbolçu ilə anlaşa biləcək? - DETALLAR BƏLLİ OLDU
-
Nida Xəbər 13:50
Aeroportda yeni taksi qiymətləri: Ombudsman narazıdır!
-
Kriminal13:10
İlhamə Elşadqızına hökm oxundu
-
Nida Xəbər 12:03
Əli Əsədov qərar imzaladı
-
MDB11:14
Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü - DETALLAR
-
İdman10:30
Həbs olunan Adnan Əhmədzadənin "Messi piarı": Neçə milyon xərcləmişdi?
-
Sosial10:10
Qəhrəmanlığı ilə yanaşı möhtəşəm səsi də var idi... - VİDEO