Dünya
Polşa sovet qırıcılarını satışa çıxarır

Polşa istismardan çıxarılan Sovet Su-22 qırıcı-bombardmançı təyyarələrini satmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Defense24” məlumat yayıb.
“Polşanın Su-22M4 qırıcı-bombardmançı və Su-22UM3K döyüş təlimçi təyyarələri xidməti başa vurub. On iki Su-22M4 və altı Su-22UM3K hələ də uçuşa yararlıdır. Onların rəsmi taleyi naməlum olaraq qalır”, - məqalədə deyilir.
Nəşr qeyd edib ki, son vaxtlara qədər 14 Su-22M4 Svidvin aerodromunda saxlanılırdı. Qırıcı təyyarələr mövcud təyyarələr üçün ehtiyat hissələri donoru kimi istifadə edilib.
Jurnalistlərin məlumatına görə, artıq üç Su-22M4 satılıb.
Sentyabrın 15-də "TMZ" xəbər vermişdi ki, Polşa Hərbi Hava Qüvvələri özünün Sovet dövründən qalma Su-22 qırıcı-bombardmançı təyyarələrini sıradan çıxarıb. Polşa Hərbi Hava Qüvvələrinin tərkibində ümumilikdə 20 iki yerlik Su-22UMZK və 90 tək yerlik Su-22M4 təyyarələri olub.
Ləman

-
Magazin206:46
Məşhur müğənni və qızı koronavirusa yoluxdu
-
İdman04:30
Messi Yamala səs verib, Ronaldo isə…
-
Qoroskop02:18
Günün ulduz falı: Sağlamlıqla bağlı kiçik narahatlıqlar ola bilər
-
Dünya01:20
Netanyahu hədələdi: HƏMAS sülh planını rədd edərsə...
-
Sosial00:35
Leyla və Arzu Əliyevalardan Cabirlə bağlı paylaşım - Foto
-
Dünya29 Sentyabr 23:15
Əfqanıstanda internet tamamilə kəsildi
-
ABŞ29 Sentyabr 22:58
Ağ Ev Qəzza ilə bağlı 20 bəndlik sülh planını açıqladı
-
ABŞ29 Sentyabr 22:44
Ağ Evdə Trampla Netanyahu arasında görüş keçirildi - Yeniləndi