6.6 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
Bizi izləyin

Dünya

6.6 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi

Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələ təxminən 100 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib, tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Papua Yeni Qvineya zəlzələlərin və vulkanik fəaliyyətlərin intensiv olduğu "Alov halqası" kimi də tanınan Sakit Okean Zəlzələ Kəmərində yerləşir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm