Dünya
İran ABŞ-la razılaşıbmış, amma İsrail aldadıb - Əraqçidən iddia

İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, ABŞ və İran nüvə sazişi üzrə razılığa gəlməyə yaxın olublar, lakin İsrail Ağ Evi aldadaraq İrana hücum etməyi bacarıb.
Publika.az xəbər verir ki, nazir “X” səhifəsində bildirib ki, İsrailin baş naziri Netanyahunun kəşfiyyat məlumatları əsasında İranın nüvə silahı hazırlamaq planlarının təsdiqləndiyi iddiaları yalandır.
O, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə danışıqların bir neçə raundunu xatırladıb və əlavə edib ki, ABŞ prezidenti bu görüşlərin protokollarını nəzərdən keçirsə, tərəflərin yeni, tarixi nüvə sazişi bağlamağa nə qədər yaxın olduğunu görəcək.
İranlı nazir problemin yalnız diplomatik həllini gördüyünü bəyan edib. O, əmindir ki, Qərbin davamlı inadkarlığı heç nəyi həll etməyəcək və İranın iradəsi heç vaxt qırılmayacaq.
Tural
-
Sosial12:38
Pensiya alanların NƏZƏRİNƏ
-
Nida Xəbər 11:58
Əli Əsədov qərar imzaladı
-
Magazin210:58
Saxlanılan məşhurlarla bağlı göstəriş verildi - Yeni detallar
-
Magazin210:46
Bu gün nişanı olacaqdı, saxlanıldı - FOTOLAR
-
MDB10:04
Belə şey olmamışdı: Yeni ildə düz 12 gün iş olmayacaq
-
Magazin209:30
Dilan və Engin Polat cütlüyü yenidən saxlanıldı: Bu dəfə...
-
Hadisə09:00
Salyanda FACİƏ - Sürücü yanaraq öldü
-
Magazin108:00
Rövşanə efirə qayıdır