ABŞ
Tramp Putini necə aldadıb? - Alyaska görüşünün sirləri
Tramp və Putinin 15 avqustda baş tutan Alyaska görüşünün detalları hələ də müzakirə mövzusudur. Görüşlə bağlı rəsmi məlumatlar kifayət qədər qıt idi, bu da müxtəlif versiyaların yayılmasını şərtləndirdi.
- Görüşdə nələr müzakirə edilib, nələr razılaşdırılıb?
- Görüşün məhz Alyaskada keçirilməsi təşəbbüsü hansı tərəfə məxsus idi?
Bu və digər suallar açıq olaraq qalır.
Publika.az xəbər verir ki, Putin “Valday” klubunda sualları cavablandırarkən, eyni məsələ yenidən gündəmə gəldi.
Rusiyalı tədqiqatçı, beynəlxalq məsələlər üzrə ekspert Fyodor Lukyanov soruşub: “Alyaskada görüşmək kimin ideyası idi?”
Putin isə cavabında bunu açıqlamayıb, sadəcə qeyd edib ki, “Nə fərqi var, əsas odur ki, görüşdük”.
“Moskovski Komsomolets” nəşri iddia edir ki, Alyaska görüşünün təfərrüatlarını mənbələrdən əldə edib. İddiaya görə, görüşün Alyaskada keçirilməsi təşəbbüsü Putinə məxsus olub: “İki prezident arasında görüş üçün ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərini təklif edəcəyi proqnozlaşdırılan idi. Amerikanın ikinci ideyası isə Şotlandiya ola bilərdi, hərçənd, orada siyasi elita Putinə nifrət edir. Daha sonra Putin Alyaskanı təklif etdi və qəbul olundu”.
Nəşr iddia edir ki, Moskvada Trampın nümayəndəsi Stiv Uitkoffla görüş zamanı Putin ABŞ-ın sülh planı ilə razılaşıb.
“Lakin Putin Alyaskada Ukrayna qoşunlarının tamamilə Donbasdan çıxarlılmasını tələb etdi, Tramp isə bunu nəzərə alacağını və sonra cavab verəcəyini deyib. Lakin cavab sükutla əvəzləndi və bu, hər kəsin qəbul etdiyi “susmaq razılıq əlamətidir” demək deyil, əksinə fikir ayrılığından qaynaqlanır”, - nəşr yazır. Görünür, Tramp Alyaskada Putinə müəyyən vədlər verərək, onu aldadıb.
Asif
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)




























.png)

.jpg)





