ABŞ
ABŞ-ın hüquq firmalarına kütləvi hücum: Hansı ölkənin işidir?
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Amerika hüquq firmalarına edilən kütləvi kiberhücumla bağlı araşdırma aparır. Güman edilir ki, hücum çinli hakerlər tərəfindən həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" vəziyyətlə tanış olan mənbələrə istinad edib.
Bildirilir ki, əsas qurbanlardan biri Bill və Hillari Klinton da daxil olmaqla bir çox yüksək vəzifəli siyasətçiləri təmsil edən ABŞ-ın ən məşhur hüquq firmalarından biri olan "Williams & Connolly" firmasıdır.
Müştərilərə göndərdiyi mesajda şirkət etiraf edib ki, hakerlər kompüter sistemlərinin bir hissəsinə giriş əldə ediblər və bir neçə vəkilin e-poçt hesablarını oğurlayıblar.
Şirkət təhlükənin qarşısını almaq üçün addımlar atdığını və şəbəkəsində icazəsiz məlumatların ötürülməsinə dair heç bir dəlil tapmadığını bildirib.
Məlumata görə, Çinlə əlaqəli hakerlər son aylarda ondan çox hüquq və texnologiya şirkətinin şəbəkələrini sındırıb.
Qeyd edək ki, belə bir hadisən baş verə biləcəyi ilə bağlı kibertəhlükəsizlik firması "Mandiant" hələ sentyabr ayında bildirmişdi.
"Mandiant"ın hesabatında deyilir ki, hücumlar ABŞ-ın milli təhlükəsizliyi və beynəlxalq ticarəti ilə bağlı məlumat əldə etmək məqsədi daşıyır.
Adəm
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)




























.png)

.jpg)





