Zelenski Trampa təşəkkür etdi
Bizi izləyin

Dünya

Zelenski Trampa təşəkkür etdi

Ukrayna prezidenti Vladimir Zelenski Yaxın Şərqdə sülh perspektivinə cavab olaraq Donald Trampa sülh prosesindəki liderliyinə görə təşəkkür edib.

Publika.az “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Zelenski vurğulayıb ki, Yaxın Şərqdə davamlı sülhün bərqərar olması təkcə bu region üçün deyil, bütün dünya üçün vacibdir.

"Hər kəsə kömək edə biləcək bir razılaşma irəliləyir. Dünyanın bir yerində zorakılıq və müharibə dayanarsa, dünyada hər kəs daha təhlükəsiz olar. Biz prezident Trampa və ABŞ-a liderliklərinə görə, kömək edən hər bir ölkə və liderə minnətdarıq", - Zelenski yazıb.

O, HƏMAS-ın əlində olan israilli girovların azad ediləcəyinə və Qəzzada itkilərin dayandırılacağına ümid etdiyini bildirib.

"Ümid edirik ki, dünyanın səyləri ölkəmiz və regionumuzda real sülhün bərqərar olması üçün kifayət edəcək. Rusiya dünyanın ən böyük müharibə və terror mənbəyi olaraq qalır və ümid edirik ki, bu təcavüzkara qarşı ədalətli və qəti qlobal təzyiq davamlı sülhə və zəmanətli təhlükəsizliyə gətirib çıxaracaq", - Ukrayna prezidenti vurğulayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm