ABŞ
Zelenskidən Trampa ŞOK TƏLƏB - Onu bizə ver, səni Nobelə namizəd göstərəcək
Ukrayna əgər ABŞ-dan "Tomahawk" raketlərini alarsa, Prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək.
Publika.az xəbər verir ki, bu barədə "Politico" qəzeti Ukrayna lideri Volodimir Zelenskiyə istinadən yazıb.
“Kiyev Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək, əgər o "Tomahawk" raketlərini göndərsə,” – deyə qəzet bildirib.
Zelenski həmçinin bildirib ki, əgər Tramp atəşkəs üçün imkan yaratsa, Ukrayna onu Nobel Sülh Mükafatına namizəd göstərəcək.
İspaniyanın "Pais" qəzeti yazır ki, Tramp 2025-ci il Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilib.
Jurnalistlərin məlumatına görə, bu il Nobel Sülh Mükafatına ümumilikdə 338 namizəd təqdim olunub: 244 fiziki şəxs və 94 təşkilat.
"Pais" in yazdığına görə, rəsmi siyahı dərc olunmasa da, Nobel Komitəsinə məsləhət verən PRIO təşkilatının direktoru Trampın namizədlər arasında olduğunu təsdiqləyib.
Oktyabrın 10-da Nobel Komitəsi uzun müddətdir bu mükafatı almağa çalışan Trampın uğur şanslarını açıqlayacaq. Tramp Ağ Evə qayıtdıqdan sonra dəfələrlə bu mükafatı almaq istədiyini bildirib və bunun üçün səylər göstərib.
Hüseyn İbadlı
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)



























.png)

.jpg)





