Netanyahu və Mahmud Abbas Misirə gedir?
Bizi izləyin

Dünya

Netanyahu və Mahmud Abbas Misirə gedir?

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs sazişinin imzalanması ilə bağlı Misirdə keçirilən "Sülh Sammiti"ndə iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Benyamin Netanyahunun ofisi məlumat yayıb. Səbəb isə yəhudilərin bu gecə başlayacaq Şemini Atzeret-Simchat Tövrat bayramıdır.

İsrail liderləri tarixən fövqəladə hallar istisna olmaqla, yəhudi şənbə və bayramlarında səyahətdən çəkinirlər.

xxx

14:07

İsrailin baş naziri Binyamin Netanyahu Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza sammitinə qatılacaq.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Türkiyə mətbuatına görə isə Netanyahu ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb. Netanyahu danışıq zamanı Misir liderinin sammitdə iştirak etmək dəvətini qəbul edib.

Misir Prezidenti Administrasiyası Fələstin Prezidenti Mahmud Abbasın da sammitdə iştirak edəcəyini bəyan edib.

Qeyd edək ki, daha əvvəl Mahmud Abbasın sammitdə iştirak etməyəcəyi bildirilmişdi.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm