"Barselona"nın futbolçusu İspaniya millisinin heyətindən çıxarıldı
Bizi izləyin

İdman

"Barselona"nın futbolçusu İspaniya millisinin heyətindən çıxarıldı

“Barselona”nın hücumçusu Ferran Torres əzələ narahatlığı səbəbindən İspaniya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Bolqarıstana qarşı keçiriləcək oyunun heyətinə daxil edilməyib.

Publika.az xəbər verir ki, bu barədə məlumat İspaniya Futbol Federasiyasının (RFEF) saytında yer alıb.

Bildirilib ki, “Barsa”nın hücumçusu Gürcüstanla Elçedə keçirilən oyundan (2:0) sonra əzələlərində narahatlıq hiss edib. RFEF-in tibbi xidməti əlavə müayinələrdən sonra futbolçuda hər hansı anatomik zədələnmə olmadan əzələ yüklənməsi aşkar edib.

Oyunçuların sağlamlığını hər şeydən üstün tutmaq prinsipinə əsaslanaraq, Torres heyətdən çıxarılıb. Qeyd olunur ki, “Barselona”nın tibbi heyəti vəziyyətlə bağlı tam məlumatlandırılıb.

Xatırladaq ki, Gürcüstanla seçmə mərhələ oyununda Ferran Torres 90 dəqiqə meydanda olub, lakin fərqlənə bilməyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm