Dünya
Tramp Pakistanla Əfqanıstanı da barışdıracaq?

ABŞ prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı hərbi münaqişəni həll edə biləcəyinə inanır.
Publika.az xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən, "Pakistan və Əfqanıstan arasında müharibənin getdiyini eşidirəm. Hazırda başqa bir müharibə ilə məşğulam, çünki münaqişənin həllində yaxşıyam" deyib. Söhbətin səs yazısı Ağ Evin saytında yerləşdirilib.
O, əlavə edib ki, “artıq milyonlarla insanın həyatını xilas edib”. Tramp bunu “Nobel mükafatı üçün” yox, “həyatları xilas etmək üçün” etdiyini vurğulayıb.
Bundan əvvəl Əfqanıstanın Hilmənd əyalətində atışmaların baş verdiyi barədə xəbərlər yayılmışdı. Bildirilib ki, Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbələr endirib. “Taliban” rəsmiləri əməliyyatın təfərrüatlarını açıqlamayıb. Əfqanıstanın “TOLO News” telekanalı toqquşmalarda azı 58 pakistanlı əsgərin həlak olduğunu bildirib. Pakistanın “Geo” televiziya kanalı isə toqquşmalarda onlarla əfqan əsgərinin həlak olduğunu yayıb.
Tural
-
Hadisə17:00
Vəzifəli şəxsin oğlu hoteldə öldü - FOTO
-
Tarix16:33
Nizami dövrünə aid xəzinə: Bağında qurd axtaran adam DƏFİNƏ TAPDI - FOTOLAR
-
Rəsmi xronika15:26
İlham Əliyevlə Paşinyan arasında ayaqüstü görüş - FOTO/VİDEO
-
Qoroskop13:12
Zəngin olmadan ölməyəcək 4 bürc - Onlar pulu maqnit kimi cəlb edirlər
-
İdman12:36
Kişilər mənə pul verirsə, niyə almayım? - Açıq-saçıq FOTOLARI ilə milyonlar qazanır
-
Sosial11:57
Əli Əsədov yeni qərar imzaladı
-
Elm və təhsil10:52
Azərbaycanda məzunların problemi: Bu siyahıda sonuncu yerdəyik
-
Yaxın Şərq10:49
Tramp İsrailə gəldi - VİDEO