Dünya
Ərdoğan nazirlərə göstəriş verdi: Türkiyə Qəzzaya əsgər göndərir?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, Qəzzanın yenidən qurulmasından danışan Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin üzərinə düşən vəzifələr haqqında da məlumat verib.
O, Türkiyə əsgərlərinin Qəzzada hər hansı rol oynayacağı ilə bağlı suala cavabında hazırda işçi qrupunun strukturu ilə bağlı qiymətləndirmələrin davam etdiyini bildirib.
"Qəzzada yerinə yetiriləcək kritik vəzifələr var. Həm tikinti, həm də canlandırma vacibdir. Biz ABŞ-dan tutmuş Avropa ölkələrinə qədər bütün Körfəz ölkələrinin dəstəyini axtarırıq və buna davam edəcəyik. İnşallah verilən vədlər yerinə yetirilər. Xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın da daxil olmaqla nümayəndələrimiz xarici həmkarları ilə görüşəcəklər.
Bu prosesi necə idarə edə biləcəyimizə diqqət yetirəcəyik. Lazım gələrsə, əlimizdə olan konteynerləri bölgəyə köçürə bilərik. İnanırıq ki, bu konteynerlərlə bu qış onlara çox fərqli bir fürsət təqdim edəcəyik. Bu mövzuda AFAD-ın üzərinə böyük yük düşəcək. Türkiyə sülhü dəstəkləyir və bu prosesi ona uyğun idarə edəcək", - deyə Ərdoğan qeyd edib.
Roza
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: böyük bir maddi yükdən azad olacaqsız
-
Hadisə00:27Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanalıq oldu - Yeniləndi
-
ABŞ20 May 22:32Tramp arzusunu açıqladı: 2032-ci ilə qədər...
-
Magazin220 May 22:18Haluk Levent reanimasiyaya yerləşdirildi
-
İqtisadi gündəm20 May 21:51Azərbaycan-İran sərhədi ilə bağlı yeni qərar
-
Magazin120 May 20:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti







.webp)



























